اذان سسی
Gecələr , Gecələr, Gecələr
Gecələr gündüzlərə boyludurlar
qaranlıq gecəmdən
Gündüz kimi doğ
məni bağrına bas
Əzan səsində!
dodağlarınla sevgivin dadın,
mənə dadızdır !
və əlimdən yapış gəzdir sevişdiğimiz dağlarda.
sonra axar sular qırağında
mənə Ayətülkürsü oxuyub
boyuma oxşa,
məni suda olan ördəklərin ağzına tapışır !
oğru sürücülərə de,
məni azdırsınlar başqa şəhərdə.
və sən mənilə sağollaşmamış
özünü ruzğara tapışır !
son nəfəsinə dək səni məndən alıb
başqa mənzillərə misafir edsin diyə !
sənə birdaha qovuşduğumda
Savçı Xızırı li şalvarımın dal cibinə qoyub
Var Oluş suyunu
ağız pinarından dadıb
səninlə birlikdə Əbədiyətə qovuşacıyam !
***************************
گئجهلر،گئجهلر، گئجهلر
گئجهلر گوندوزلره بویلودورلار
قارانلیق گئجمدن
گوندوز کیمی دوغ
منی باغرینا باس
اذان سسینده!
دوداغلارینلا سئوگیوین دادین،
منه دادیزدیر !
و الیمدن یاپیش گزدیر سئویشدیغیمیز داغلاردا.
سونرا آخار سولار قیراغیندا
منه آیت والکورسو اوخویوب
بویوما اوخشا،
منی سودا اولان اؤردکلرین آغزینا تاپیشیر !
اوغرو سوروجولره دئ،
منی آزدیرسینلار باشقا شهرده.
و سن منیله ساغوللاشمامیش
اؤزونو روزغارا تاپیشیر !
سون نفهسینه دک سنی مندن آلیب
باشقا منزیللره میسافیر ائدسین دییه !
سنه بیرداها قوووشدوغومدا
ساوچی خیضیری لی شالواریمین دال جیبینه قویوب
وار اولوش سویونو
آغیز پیناریندان دادیب
سنینله بیرلیکده ابدییته قوووشاجییام
13/07/93